Ukraynalı futbolçu Anton Postupalenko “Keşlə” klubunda oyun keçirməmiş komandanı tərk etməsinə aydınlıq gətirib.
Mynews.az xəbər verir ki, o bunu Azərbaycan klubunun səviyyəcə aşağı olması ilə əlaqələndirib:
“Keşlə”ni ona görə tərk etdim ki, klubun səviyyəsi çox aşağıdır. Menecerim qış fasiləsindəki axtarış zamanı bu komandanı tapdı və məndən ora getməyimi istədi. Onlarla nə müqavilə bağladım, nə də bir söz verdim.
Klubun düşərgəsinə yollandım və məşq zamanı gördüm ki, komanda çox zəifdir. Həmçinin legionerləri də güclü deyil. Gələcəyimi yalnız Ukrayna çempionatında görürəm. Fikrimcə, şərq ölkələrində başqa mentalitet var, hər şey fərqlidir”.
Qeyd edək ki, son klubu Donetsk “Olimpik”i olan 29 yaşlı yarımmüdafiəçi “Keşlə”dən əvvəl “Veres” klubunda cəmi bir gün baxışda olub və geri qayıdıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub