İranda qadınlar futbol meydançalarına gedə bilmək üçün saxta saqqallar taxırlar.
Mynews.az xəbər verir ki, İranda qadınların matçlara getməsi qadağan edildiyindən qadınlar kişi komandalarının oyunlarına saxta saqqallarla gedir. Ölkədə qadınlar matçlara parik, saqqal, bığ taxıb, kişi paltarı geyinirlər.
Stadionlara keçmək üçün təhlükəsizlik xidmətinin baxışından keçən qadınlar onları aldatmağı bacarıb.
İranlı qadınların stadiona girmək üçün əl atdığı üsullar isə dünya mediasında böyük maraqla qarşılanıb. Özlərini kişiyə bənzədən qadınlar, eyni zamanda, azarkeşi olduqları komandanın rəngini üzlərinə çəkiblər.
Bundan başqa, İranda kişilər də qadın cildinə girir. Ölkədə xüsusilə qadınlar üçün ayrılan məkanlar fəaliyyət göstərir. Kişilər bu məkanlara girə bilmək üçün qadın paltarı geyinib makiyaj edirlər. Sonuncu dəfə qadın yarışları təxminən 2 ay əvvəl baş tutub. İranda keçirilən 5-ci "Asiya Qadınlar Kabaddi" Çempionatında Tailand komandasının kişi məşqçisi, salona girmək üçün başını örpəklə bağlayaraq, qadın libasında içəri girmişdi. (publika.az)


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub