“Arsenal” Almaniyanın “Borusia” komandası ilə Pyer-Emerik Obameyanqın transferində razılığa gəlib.
Mynews.az xəbər verir ki, “Arsenal”ın 50 milyon funtluq təklifini geri çevirən Dortmund klubunun razılığa gəlməsində başlıca səbəb kimi onların 60 milyonluq tələbinin yerinə yetirilməsi göstərilir.
Bundan başqa, qabonlu hücumçunun transferilə bərabər, “Arsenal” qarşı tərəfə hazırda zədəli olan fransalı forvardı Olivye Jirunu da buraxmağa razılıq verib. Həmçinin London klubu Jirunu Alvaro Moratanın zədəli olması fonunda hücumçu problemi yaşayan əzəli rəqibi “Çelsi”yə də 35 milyon funt qarşılığında buraxmağa hazırdır.
Qeyd edək ki, beynəlxalq “transfer pəncərəsi” fevralın 1-də bağlanır. Bu transferlərin həmin tarixədək rəsmiləşəcəyi gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub