Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov dünən brifinq keçirib.
Mynews.az brifinqdə səsləndirilən fikirləri diqqətinizə çatdırır:
“Milli komandada məsuliyyət daha böyükdür. Hamı kimi, mən də bunu ilk gündən hiss etdim. Diqqətli olmalıyam və az müddətdə futbolçulara nə istədiyimi izah etməliyəm. Milliyə gələnlər peşəkardırlar və bilirik ki, fikrimiz ancaq burada olmalıdır. Bütün oyunçuları tanıyırıq, güvənirik. İstərdik ki, uğurlu start verək, amma dediyim kimi, bir oyun çox azdır.
Sabahkı oyunda düşündüklərimizi meydanda tətbiq etmək istəyirik. Moldova yığmasının Cənubi Koreya millisi ilə oyununun ilk hissəsinə baxdım. Onların əsas üstünlüyü artıq bir yerdə oyun keçirmiş olmalarıdır. Əsas vacib olan oyunçuların meydandakı düşüncələridir. Məqsəd nəticəyə gedən yolda komandanı daha yaxşı hazırlamaqdır”.
Qeyd edək ki, “Mardan Palace” hotelinin meydançasında baş tutacaq Azərbaycan – Moldova oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub