Millimizdə çıxış etmiş futbolçu Eddi İsrafilov İspaniyanın “Ximnastik” klubu ilə müqaviləsini pozub.
Mynews.az xəbər verir ki, anası azərbaycanlı, atası anqolalı olan İsrafilov karyerasını İspaniyanın I divizion klubu “Alkorkon”da davam etdirəcək.
O, Alkorkon təmsilçisi ilə 2,5 illik, yəni 2020-ci ilin iyununadək nəzərdə tutulan müqavilə bağlayıb.

Xatırladaq ki, Eddi İsrafilov “Alkorkon”dan əvvəl İspaniyanın digər I divizion klubu “Ximnastik”də çıxış edirdi. O, bu kluba avqustun 29-da keçmiş və üç illik müqavilə bağlamışdı. Lakin göründüyü kimi, yarım ildən sonra Eddi müqaviləsini pozub. O, “Ximnastik”də cəmi 11 oyun keçirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub