Azərbaycan boks millisinin və "Qəbələ” İdman Klubunun üzvü, Rio-2016 Olimpiya oyunlarının gümüş mükafatçısı Lorenso Sotomayorun şəxsi "instagram” hesabında dəstələrlə manat şəkli paylaşması birmənalı qarşılanmayıb.
Mynews.az xəbər verir ki, milliləşdirilmiş boksçu bu paylaşımı ilə qıcıq yaradıb.
Yenicag.az-a açıqlama verən "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bu hərəkətin idmançıya yaraşmadığını bildirib. Bundan başqa Nəcəfov Sotomayorun "Qəbələ”dəki maaşını da açıqlayıb: "Sotomayor "Qəbələ”də aylıq 500 manat maaş alırdı. Son yarışlarda uğur qazanmadığı üçün o maaş da kəsilib. Yəni onun əlində tutub çəkdirdiyi pulların "Qəbələ”yə heç bir aidiyyatı yoxdur. Çox güman ki, həmin pullar millinin heyətində olanda beynəlxalq yarışlarda qazandığı uğurlara görə verilən mükafatdır. Əlbəttə ki, bu cür paylaşım bəyənilməyən haldır”.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub