Formula 1 yarışlarının Azərbaycanın ABŞ-da daha çox tanınmasında mühüm rolu olub.
Mynews.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) 2 Fevral Gənclər Günü münasibətilə "Davos" formatında "Öz karyeranı qur" mövzusunda keçirilən Gənclər Forumunda bildirib.
Forumda BŞH-nin gənc könüllülərinə karyeralarını qurmaqla bağlı tövsiyələr verən səfir gənclərlə öz həyat təcrübəsini bölüşüb.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyətinin əsas məqsədi əlaqələrdəki zəif sahələri müəyyən etmək və onların daha da inkişaf etdirilməsini müəyyən etməkdir.
O, həmçinin, Azərbaycanda gənclərin də inkişafı üçün layihələr həyata keçirildiyini deyib.
"Gənclər həm də düşünməlidir ki, Azərbaycan və ABŞ əlaqələri bundan sonra necə inkişaf edə bilər," - deyə səfir çıxışına yekun vurub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub