Azərbaycanı təmsil edən fiqurlu konkisürənlər – Aleksey Sitnikov-Yuliya Zlobina cütlüyünün millimizdən imtina etdiyini xəbər vermişdik.
Mynews.az xəbər verir ki, Azərbaycan Konkisürmə Federasiyasında işlər qaydasında deyil.
Belə ki, federasiyanın prezidenti İsgəndər Xəlilov tapılmır. Bunu federasiyanın vitse-prezidenti Fuad Quliyev Oxu.Az-a açıqlamasında deyib:
“Faktiki olaraq federasiyanın prezidenti mənəm. Çünki İsgəndər Xəlilovu son vaxtlar görməmişik. Onu nə Azərbaycanda, nə də Rusiyada görən olub. Federasiya başsız qalıb”.
Qeyd edək ki, İsgəndər Xəlilov Azərbaycanda və Rusiyada fəaliyyət göstərən biznesmen kimi tanınır. Azərbaycanlı milyarderin ən məşhur obyektləri “İSR Plaza”, “Hilton Baku” hoteli və “McDonald`s” şəbəkəsi göstərilir.
Onu da bildirək ki, İsgəndər Xəlilovun oğlu Rauf Xəlilov Xizəksürmə Federasiyasının prezidentidir. Digər oğlu Rəhman Xəlilov isə vaxtı ilə yaradılmış, lakin sonradan fəaliyyətini dayandırmış Bobsley Federasiyasının prezidenti olub.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub