Formula-1 rəhbərliyi yeni mövsümdən yarışlardan əvvəl startda keçirilən tədbirlərin formatını dəyişib. Bundan sonra yarışda starta qızlar deyil, uşaqlar çıxacaq.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, formatın dəyişdirilməsi haqqında qərar FİA və Formula-1 rəhbərliyi tərəfindən qəbul olunub.
Uşaqlar avto-idman klublarının iştirakçıları arasından seçiləcək, dəvətnamələr lotereya şəklində oynanılacaq və ən yaxşı nəticə göstərən gənc sürücülərə paylanacaq. Dəvətnamə sahibləri yarışdan əvvəl start zolağına çıxa biləcək.
“Gənc sürücülər üçün bu möhtəşəm bir an olacaq: təsəvvür edin ki, onlar öz kumirlərinin yanında dura biləcək, yarışa hazırlıq prosesi ilə tanış olacaq, startdan əvvəl olan dəyərli dəqiqələrdə avtopilotların yanında olacaq”, - deyə FİA rəsmi saytında Formula-1 kommersiya direktoru Şon Bratçesdən sitat gətirilib.
Xatırladaq ki, bundan əvvəl Bratçes Formula-1-in “grid-girls”, yəni “start qızları” formatının ləğv olunması haqqında qərarın qəbul olunduğunu bildirmişdi. Onun sözlərinə görə, qızların starta dəvət olunması təcrübəsi müasir sosial normalara ziddir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub