Fransa millisinin tanınmış futbolçularından olmuş Kristyan Karanbö yenidən Bakıya gəlir.
Mynews.az-ın verdiyi xəbərə görə, o, fevralın 9-da futbol üzrə dünya kubokunun Bakıya gətirilməsi ilə əlaqədar olaraq Bakıda olacaq.
Karanbönün iştirakı ilə fevralın 9-u, saat 11:00-da “Hilton” hotelində mətbuat konfransı keçiriləcək. Həmin konfransda AFFA-dan nümayəndə iştirak edəcək.
Qeyd edək ki, FIFA-nın səfirlərindən biri olan Karanbö ikinci dəfə Bakıya gəlir. Veteran futbolçu ilk dəfə 2015-ci ilin martında I Avropa Oyunlarına daxil edilmiş çimərlik futbolunun püşkatması üçün ölkəmizə təşrif buyurmuşdu.
Xatırladaq ki, Kristyan Karanbö 1998-ci ildə Fransa ilə dünya, iki il sonra ilə Avropa çempionu olub.
Konfederasiyalar Kubokunu da qazanmış Karanbönün “Nant”la Fransa çempionluğu, “Real”la Çempionlar Liqası (iki dəfə), “Olimpiakos”la Yunanıstan çempionluğu (iki dəfə) titulları da var.
Fransaya məxsus Yeni Kaledoniyadan olduğu üçün iki dəfə (1995, 1998) Okeaniyada ilin futbolçusu seçilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub