Azərbaycanlı məşqçi, Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin dünən axşam saatlarında infarkt keçirdiyini xəbər vermişdik.
O, hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində yatır.
Mynews.az-ın məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Sadıqov bildirib ki, onun əməliyyat xərcləri AFFA tərəfindən qarşılanır:
“O, bir həftə bundan əvvəl insult keçirmişdi. “Modern Hospital”da əməliyyat etdirdik. Beynindəki şişlə əlaqədar Moskvada əməliyyat olunmasını da planlaşdırmışdıq. Lakin Hospitalda gözlənilmədən infarkt keçirdi.
Elə oldu ki, dünən onu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirməli olduq. Əməliyyat edildi. Ürəyinə iki stend qoyuldu və qan dövranı bərpa edildi.
Əməliyyat xərcləri ilk gündən AFFA tərəfindən qarşılanır. AFFA-nın, əsas millimizin ukraynalı həkimi Vyaçeslav Xomenko da onun əməliyyatı ilə maraqlanır”.
Xatırladaq ki, “Neftçi” tarixinin ən yüksək nəticəsini məhz Böyükağa Hacıyevin baş məşqçi olduğu 2011-2013-cü illərdə əldə edib. 2012-ci ildə komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarixdə bu nəticəyə imza atmış ilk Azərbaycan klubu olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub