Aprelin 15-dən 19-dək Ermənistanın paytaxtı Yerevanda qılıncoynatma üzrə 23 yaşadək (U-23) idmançılar arasında Avropa çempionatı keçiriləcək.
Mynews.az xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarovun Azərbaycan Qılıncoynatma Federasiyasına (AQF) prezident seçilməsindən sonra bu idman növündə yenidən canlanma yaranıb.
Belə ki, qılıncoynadanlarımız xaricdə yarışlara göndərilir.
“Azərbaycan sözügedən Avropa çempionatında iştirak edəcəkmi?”
Bu sualla AQF-nin vitse-prezidenti Fikrət Zeynalova müraciət etdik. O bildirdi ki, hələ bu barədə yekun qərar verilməyib. Yəni, millimiz düşmən ölkəyə yollana da bilər, yollanmaya da.
Qeyd edək ki, əvvəllər də başqa idman növlərində yığmalarımız Yerevandakı yarışlarda iştirak edib. Məsələn, 2009-cu ildə gənclər arasında cüdo üzrə Avropa, 2012-ci ildə gənclər arasında boks üzrə dünya və 2014-cü ildə böyüklər arasında kamandan oxatma üzrə Avropa çempionatlarının iştirakçısı olmuşuq.
Onu da bildirək ki, doqquz il əvvəl Yerevanda Azərbaycan himni də səsləndirilib. Belə ki, 100 kq çəki dərəcəsində döyüşən cüdoçumuz Ermənistanda qızıl medal qazanaraq Azərbaycan bayrağını zirvəyə yüksəldib. Bundan başqa, həmin Avropa birinciliyində daha üç idmançımıza medal (bir gümüş, iki bürünc) qazanmaq qismət olub.
Boks üzrə dünya çempionatında isə Mingəçevir boks məktəbinin yetirməsi, 64 kq çəki dərəcəsində mübarizə aparmış Pərviz Bağırov vətənə bürünc medalla qayıdıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub