Azərbaycan milli komandasının və "Qəbələ" İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğuruna imza atıb.
Mynews.az komanda.az-a istinadən xəbər verir ki, idmançımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mötəbər Karate 1 Premyer Liqa turnirində iştirak edib. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib. İdmançı finalda macarıstanlı Qabor Harspatakini məğlub etməklə qızıl medalçı olub.
Millimizin digər üzvləri - Ayxan Mamayev (-84 kq) və Nuranə Əliyeva (-50kq) isə bürünc medal qazanıblar.
Xatırladaq ki, 2018-ci il mövsümünün yeddi analoji turnirindən ikincisi olan Dubay mərhələsinə 74 ölkədən 626 idmançı qatılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub