Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında körlinq növü üzrə bürünc medal qazanmış rusiyalı idmançı Aleksandr Kruşelnitskinin B dopinq-testi müsbət nəticə verib.
Mynews.az xəbər verir ki, A nümunəsində də dopinq aşarkarlanan idmançının ikinci nümunəsi bu gün səhər saatlarında Seuldakı Anti-Dopinq Laboratoriyasında açılıb.
İdmançının B nümunəsində də meldonium maddəsi aşkarlanıb. Artıq onun akkreditasiyası əlindən alınıb. İdmançı Olimpiya Kəndini tərk etməli olub.
Qeyd edək ki, Olimpiadada Aleksandr Kruşelnitski həyat yoldaşı Anastasiya Brızqalova ilə birgə çıxış edib. Onlar qarışıq qoşa yarışda bürünc medal qazanıblar.
Kişi körlinqçinin dopinq-testinin müsbət nəticə verməsi üzündən Rusiya Olimpiadada qazandığı ilk medaldan məhrum edilmə təhlükəsi ilə üzləşib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub