Cənubi Koreyada təşkil olunan XXIII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə üzrə yarışlarda maraqlı hadisə baş verib.
Yenicag.az xəbər verir ki, fransalı idmançı Qabriella Papadakis partnyoru Giyom Sizeronla birlikdə performanslarını sərgiləyərkən karyerasının ən çətin anlarını yaşamalı olub. Belə ki, çıxış zamanı onun geyimi cırılıb. Sizeron dərhal partnyoruna yardım etməyə çalışsa da, baş verən hadisə Qabriellanı şoka salıb və o, utandığından nə edəcəyini bilməyib.
Xoşagəlməz hadisəyə baxmayaraq, onlar hələ də Olimpiadanın qızıl medalını qazanmaq şanslarını saxlayırlar.
Onlar jurnalistlərə verdikləri açıqlamada həmin olayla bağlı fikirlərini də bölüşüblər:
Qabriella: “Ən böyük kabusum başıma gəldi. Buna görə rəqsə konsentrasiya olmaqda da çətinlik çəkdim”.
Sizeron: “Bu xoşagəlməz təcrübəyə rəğmən, göstərdiyimiz performansdan ötrü qürurluyam”
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub