19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Turan Vəlizadə karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Mynews.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi “Fənərbaxça” ilə anlaşıb.
“Qarabağ”ın futbolçusu “sarı-lacivərdlilər”in bu ay aşağı yaş qrupuna cəlb etdiyi səkkiz oyunçudan biri olub.
Turan Vəlizadə “Fənərbaxça”nın U-17 komandasında oynayacaq. O, U-19 yığmamızın ötənaykı Antalya toplanışında iştirak edib.
Qeyd edək ki, Turan Vəlizadə 2015-ci ildə də “Əlincə” klubundan “Fənərbaxça”ya gedib. Lakin sonradan vətənə dönən yarımmüdafiəçi “Qarabağ”ın aşağı yaş qruplarına cəlb olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub