Azərbaycan Premyer Liqasının XVII turunda "Zirə"ni qəbul edəcək "Neftçi" oyuna itkilərlə çıxacaq.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov bu görüşdə 4 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Bunlar müdafiəçilər Məhəmməd Mirzəbəyov və İlkin Qırtımov, yarımmüdafiəçi Rəşad Sadiqov və hücumçu Elnur Cəfərovdu.
Mirzəbəyov və Cəfərov zədəli olduqlarından "Zirə" ilə görüşü buraxacaqlar. Həm Məhəmməd, həm də Elnurun gələn həftədən məşqlərə başlayacağı bildirilir.
Qırtımov və Sadiqov isə cəzalı olduqları üçün meydana çıxmayacaqlar. İlkin sarı vərəqə limitini doldurduğundan, Rəşad isə "Sumqayıt"la qarşılaşmada qırmızı vərəqə aldığından, bu dəfə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Neftçi" - "Zirə" oyunu fevralın 24-də keçiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub