“Neftçi”də yeni təyinat olub.
Mynews.az-ın məlumatına görə, Ceyhun Sultanov klubun idman direktoru vəzifəsinə təyin edilib.
1997/1998 mövsümündə “Neftçi”də çıxış edən və 23 oyunda 6 qol vuran futbolçu, “Fərid” (1996-1997), “Dinamo” (1998-2001), “Maşinsazi” (Təbriz, 2003-2004), “Bakı” (2004-2007), “Xəzər Lənkəran” (2007-2010), “Kəpəz” (2010-2012), “Sumqayıt” (2012), “Qəbələ” (2013) klublarında da oynayıb.
O, Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir. U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.
38 yaşlı mütəxəssis “Bakı”da seleksiyaçı məşqçi (2013-2014), “Sumqayıt”da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib.