Ulduz futbolçu Kriştiano Ronaldonun gecə saatlarında erotik məzmunlu mesajlar yazdığı ingilis model danışıb.
BAKU.WS-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, model Rhian Sugden Ronaldonun mesajda nə yazdığını açıqlayıb.
Modelin sözlərinə görə, Ronaldo onunla telefonda danışmaq istəyib.
"Mənə "Oteldəyəm, vaxtın varsa zəng edim" yazdı. Mən də ona belə cavab verdim: "Təəssüf ki, bu axşam danışa bilməyəcəm. Sevgilimlə içki içəcəyik, birlikdə vaxt keçirəcəyik. İndi onun yanındayam, gecə saat 11-də mənə mesaj yazmağın yaxşı deyil", - deyə Rhian Sugden bildirib.
Qeyd edək ki, Ronaldonun seksual model Rhian Sugdenə yazdığı mesajlar modelin ailəsində problemlərə səbəb olub.
Məlumata görə, ulduz futbolçu gecə saatlarında telefonla Rhian Sugdenə erotik məzmunlu mesaj göndərərkən modelin nişanlısı Oliver Mellor bunu görüb.
O.Mellor sms-ə cavab olaraq Ronaldodan mesajlara son qoymasını xahiş edib. İspaniya mətbuatı xəbəri “Ronaldo biabır oldu” başlığı altında dərc edib.



1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub