Fransa Liqasının 27-ci turunda "Marsel" qəbul edən PSJ 3 cavabsız qolla qələbə qazansa da, komandanın liderlərindən olan Neymarı zədə səbəbindən itirib. Braziliyalı futbolçunun topuq nahiyəsində problem aşkarlanıb.
Mynews.az goal.az-a istinadən xəbər verir ki, bu zədənin sağalması adətən 1 həftə vaxt alır. Amma istisnalar da var. Neymarın Fransa Kubokunda "Marsel", liqada isə "Troyes"lə matçları buraxacağı dəqiqdir. Onun Çempionlar liqasının 1/8 final mərhələsində "Real"la cavab görüşünə çıxması da sual altındadır. "Marsel"in müdafiəçisi Jordan Amavi isə ulduz futbolçunun zədələnməsində günahkar olmadıqlarını hesab edir.
"Biz normal oynayırıq. Neymar özü istəyir ki, onu yıxsınlar. Mən meydanda gördüklərimi deyirəm. O, qarşısının kəsilməsini gözləyir və topu son anda ötürür. Bəs, cavabında nə gözləyir? Hər kəs onun istedadlı oyunçu olduğunu bilir, amma yıxılmağa meyillidir" - Amavi deyib.
Qeyd edək ki, PSJ-nin daha bir futbolçusu - Markinyos da sol ayağının əzələsini dartıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub