Azərbaycan idmançısı Patrik Braxner karyerasını başa vurmağa qərar verib.
Mynews.az xəbər verir ki, Pyanqçanq-2018-də slalom yarışlarında qüvvəsini sınamış milliləşən avstriyalı bundan sonra start xəttinə çıxmayacağını açıqlayıb.
26 yaşlı Braxner vətənində verdiyi müsahibəsində deyib ki, bu, onun yekun qərarı olmaya da bilər. Belə ki, 2017-ci ildə karyerasını bitirib, bir müddətdən sonra bərpa edən xizəkçi yenə eyni halın təkrarlanacağını istisna etməyib:
“Heç vaxt “heç vaxt” demə. Lakin indiki durumda mən çox məmnunam. Düşünürəm ki, indi bir az istirahət edib, rahatlana bilərəm”.
Braxner Pyanqçanqda finişə çatmadığı yarışı da dəyərləndirib:
“Yarışın mühitinə uyğunlaşıb, məşqlərdə üzərimdə çalışırdım. Bu da kifayət qədər yaxşı nəticə verdi. Amma qripə yoluxduğumdan bir neçə gün məşq edə bilməmişdim. Belə olmasaydı, zolağa və qara daha yaxşı uyğunlaşıb, bundan yaxşı çıxış edərdim”.
Xizəkçi ilk “otuzluğ”a düşmək xəyalını da gizlətməyib:
“Əlbəttə, ən yaxşı 30 idmançı sırasına düşmək arzusunda idim. Lakin nəticələrimi onların nəticələri ilə müqayisə etsək, ən yaxşı halda aşağı sıralarda qərarlaşa bilərdim. Amma ümumilikdə bu, mənim üçün əla təcrübə oldu. Mən çox şey öyrəndim. Karyeramı bərpa etdikdən sonra qısa müddətə rəqabətə hazır olduğuma özüm də təəccübləndim”.
Qeyd edək ki, Patrik Braxner Azərbaycanı Soçi-2014-də də təmsil edib. O, iki Olimpiadada mübarizəyə qatıldığı üç yarışdan ikisində finişə çata bilməyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub