USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı
7°

Şəhriyar Məmmədyarov dünya çempionunu məğlub edib lider oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada start götürən Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub.

10:09 03.03.2018
Şəhriyar Məmmədyarov dünya çempionunu məğlub edib lider oldu
10:09 03.03.2018

Mynews.az report-a istinadən xəbər verir ki, bu gün sürətli şahmat üzrə 3 tur oynanılıb.

Otuz üç yaşlı qrossmeyster rusiyalı Petr Svidlerlə hindistanlı dünya çempionu Vişvanatan Anandı yenib. Daha bir rusiyalı Vladimir Kramniklə görüş isə heç-heçə nəticələnib.

Beləliklə, ilk 3 turdan sonra Məmmədyarov 2,5 xalla liderdir. Daha 6 turun keçiriləcəyi sürətli şahmat yarışına martın 4-də yekun vurulacaq. Martın 5-də isə 13 turdan ibarət blits-turnir təşkil olunacaq.

Şəhriyar Məmmədyarov 10 - 28 martda Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində mübarizə aparacaq. 


Xəbər lenti