Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Mynews.az xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev futbol veteranı, uzun illər SSRİ çempionatının güclülər dəstəsində, habelə beynəlxalq oyunlarda hakimlik etmiş Rüstəm Rəhimovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona üzərində “R.Rəhimov 70” yazılmış simvolik hakim forması təqdim olunub.
Rüstəm Rəhimov göstərilən diqqətə görə minnətdarlığını bildirib, müəllifi olduğu “Bu, mənim alın yazımdır” avtobioqrafik kitabını AFFA prezidentinə hədiyyə edib.
İcraiyyə Komitəsi gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağıdakı qərarları qəbul edib:
1. Zeynal Zeynalov çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunsun.
2. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin.
Xüsusi təqaüd: Müzəffər Qasımov, Gündüz Cəfərov
Təqaüd: Vaqif Davudov, Nadir Qasımov, İsmayıl Hüseynov, Ağarza Rzayev
3. Zaur Hacı-Məhərrəmov AFFA-nın Klubların Lisenziyalaşdırılması üzrə komissiyasının üzvü təyin olunsun.
4. AFFA-nın yanında Media Komitəsinin yeni formatda fəaliyyəti ilə bağlı müzakirələrin aparılması katibliyə həvalə olunsun və İcraiyyə Komitəsinin növbəti iclasına təkliflər təqdim olunsun.
İclasda futbol oyunlarının nəticəsinin manipulyasiyası məsələləri və nəticəsi şübhə doğuran oyunlarla bağlı geniş müzakirə aparılıb.
Azərbaycan Futzal Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov futzal federasiyasının fəaliyyəti ilə bağlı məruzə edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub