"Real" PSJ-nin futbolçusu Neymardan əl çəkmir.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, Madrid klubu braziliyalı hücumçunu heyətinə qatmaqda israrlıdır.
"Real"ın prezidenti Florentino Peresin yayda transfer etmək istədiyi ilk futbolçu məhz Neymardır. O, keçidin baş tutması üçün rekord məbləğdə pul xərcləməyə hazırdır. Belə ki, Peres 26 yaşlı futbolçuya görə qarşı tərəfə 400 milyon avroluq təklif irəli sürüb.
Madridlilər bir neçə gün əvvəl Neymarın atası ilə görüşüblər. Görüşdə futbolçunun vəkilləri də iştirak edib.
Neymar özü də karyerasını yenidən İspaniyada davam etdirməyə qarşı deyil. Fransa çempionatının səviyyəsi PSJ-nin forvardını qane etmir. Bu səbəbdən də Neymar "Real"ın təklifinə "hə" deməyə hazırdır.
Qeyd edək ki, hazırda zədəli olan hücumçu PSJ-yə yayda 222 milyon avro qarşılığında "Barselona"dan keçib. O, cari mövsümdə parislilərin heyətində 30 oyunda 28 qola imza atıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub