"Barselona" braziliyalı yarımmüdafiəçi Arturun transferini həll edib.
Mynews.az goal.az-a istinadən xəbər verir ki, "Qremio"nun 21 yaşlı futbolçusunun transferi 2019-cu ilin yayında rəsmiləşəcək. Katalon klubu 30 milyon avronu birbaşa, 10 milyonu isə bonus şəklində hissə-hissə ödəyəcək. Uzun müddət "Barselona"nın maraq dairəsində olan Artur 2017-ci ilin dekabrında klubun idman direktoru Robert Fernandezlə görüşmüşdü. Martın 7-si "Qremio"nun prezidenti Romildo Bolzan jurnalistlərə açıqlamasında keçidin reallaşmaq üzrə olduğunu demişdi.
Arturun transferi Andre Qomeşin "Barsa"dan getməsi ilə nəticələnə bilər. Filippe Koutinyonun komandaya qoşulmasından sonra meydana çıxmaq şansları azalan portuqaliyalının adı "Mançester Yunayted" və "Tottenhem" ətrafında hallanır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub