“Sumqayıt” klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Mynews.az xəbər verir ki, iclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riad Rasim oğlu “Sumqayıt” Futbol Klubuna prezident seçilməsi üçün təsisçilərə təqdim edilib.
Təsisçilərin qərarı ilə “Sumqayıt Futbol Klubu” MMC-nin prezidenti təyin olunub.
Qeyd edək ki, Riad Rəfiyevin “Sumqayıt” klubuna prezident təyin olunacağı hələ iki gün öncədən bilinirdi. Belə ki, AFFA prezidenti Rövnəq Abdullayev Riad Rəfiyevi bu münasibətlə təbrik etmişdi.
Onu da bildirək ki, Riad Rəfiyev “Neftçi” klubunun mərhum rəhbərlərindən olmuş Rasim Rəfiyevin oğludur. O, bunadək millinin seleksioneri vəzifəsində işləyirdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub