Madridin “Real” komandasının kapitan və müdafiəçisi Serxio Ramos “Eybar”la İspaniya çempionatı zamanı ayaqyoluna qaçıb.
Mynews.az Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, futbolçu baş hakimin yanına qaçaraq ona nəsə söyləyib.
Az heyətlə oynayan “Real”ın hesabı dəyişməyib. Lakin müdafiəçi meydana qayıdan zaman Madrid komandası qələbə topunu vurub.
Matçdan sonrakı mətbuat konfransı zamanı baş məşqçi Zinəddin Zidan futbolçunun tualetə qaçdığını bildirib:
“O, bir az incidi. Serxio təcili olaraq ayaqyoluna getməli idi. Buna görə də soyunma otağına qaçdı və tezliklə meydana qayıtdı”.
Ramos isə Twitter hesabında olanları təsdiqləyib: “Təbiət çağırır. Getdim-qayıtdım. Güc topladım. Qol vurdum. Evimizə qayıdırıq. Belə saxlamalı”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub