Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir başa çatıb. Turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edib.
Mynews.az Azərbaycan Güləş Federasiyasına istinadən bildirir ki, güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Qızıl medalı Tatyana Omelçenko (60 kq), gümüş medalı Türkan Nəsirova (48 kq), bürünc medalları isə Gitinomaqomed Hacıyev və Məhəmməd Müslümov (hər ikisi 65 kq) qazanıb.
İkinci yarış günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125 kq, qadın güləşi üzrə 53, 58, 63 və 75 kq çəkidə idmançılar mübarizə aparıb. Güləşçilərimiz günü 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
Sərbəst güləş üzrə kişilərin yarışında 61 kq-da mübarizə aparan Əhmədnəbi Qvarzatilov ardıcıl olaraq Bolqarıstan, Belarus və İrandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda Ukrayna idmançısı Vasil Şuptarı təmiz qələbə ilə üstələyən güləşçimiz turnirin qızıl medalını qazanıb.
86 kq çəki dərəcəsində yarışan Hacımurad Məhəmmədsəidov mübarizəyə 1/16 final mərhələsindən başlayıb və ardıcıl olaraq Ukrayna, Macarıstan, Belarus və yarımfinalda daha bir Ukrayna güləşçisini məğlub edərək finala yüksəlib. Finalda İran idmançısı Mostafa Giasi Çekanı tam üstünlüklə məğlub edən təmsilçimiz turnirin qızıl medalını qazanıb.
Qadın güləşi yarışlarında 63 kq çəkidə mübarizə aparan Elmira Qəmbərova ABŞ, Almaniya və Ukraynadan olan rəqiblərindən üstün olub və adını finala yazdırıb. Final görüşündə güləşçimiz Dünya və Avropa çempionu Yuliya Tkaça minimal hesabla uduzaraq gümüş medalla kifayətlənib.
Anjela Doroqan (53 kq) və İrina Netreba (58 kq) isə bürünc medal uğrunda həlledici görüşə çıxıb. Müvafiq olaraq Almaniya və Ukraynadan olan idmançıları məğlub edən təmsilçilərimiz turnirin bürünc medalına sahib olub.
Beləliklə, 2 gün davam edən yarışı yığmamız ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. Bu medallardan 2 qızıl və 2 bürüncü sərbəstlərin, 1 qızıl, 2 gümüş və 2 bürünc medal isə qadın güləşçilərinin payına düşüb.
61 kq FİNAL Vasil Şuptar (UKR) - Əhmədnəbi Qvarzatilov 0:5 tuşe 1/2 final Əhmədnəbi Qvarzatilov - Peiman Biabani (İRİ) 9:3 1/4 final Əhmədnəbi Qvarzatilov - Heorgi Kaliyeu (BLR) 8:2 1/8 final Vladimir Dubov (BUL) - Əhmədnəbi Qvarzatilov 2:9 70 kq 1/8 final Semen Radulov (UKR) - Hacımurad Ömərov 9:6 86 kq FİNAL Mostafa Giasi Çeka (İRİ) - Hacımurad Məhəmmədsəidov 0:5 tuşe 1/2 final Mraz Dzafarian (UKR) - Hacımurad Məhəmmədsəidov 4:8 1/4 final Adlan Tasuev (BLR) - Hacımurad Məhəmmədsəidov 7:10 1/8 final Hacımurad Məhəmmədsəidov - Tot Bendeguz (HUN) 1:0 1/16 final Bogdan Hritsay (UKR) - Hacımurad Məhəmmədsəidov 2:3 125 kq 1/8 final Oleksandr Xotsianivski (UKR) - Umar İsrailov 10:0 |
53 kq Bürünc medal görüşü Olga Şnayder (UKR) - Anjela Doroqan 0:10 1/2 final Liliya Horişna (UKR) - Anjela Doroqan 3:1 1/4 final Leyla Qurbanova - Anjela Doroqan 0:7 58 kq Bürünc medal görüşü İrina Netreba - Mertins Laum (GER) 4:0 1/4 final Barka Emese (HUN) - İrina Netreba 2:0 63 kq FİNAL Yuliya Tkaç (UKR) - Elmira Qəmbərova 1:0 1/2 final Svetlana Rijikova (UKR) - Elmira Qəmbərova 4:8 1/4 final Luzie Manzke (GER) - Elmira Qəmbərova 0:9 1/8 final Amanda Hendey (USA) - Elmira Qəmbərova 1:2 |