Berlində şahmat tacına iddiaçıların turniri davam edir.
Mynews.az xəbər verir ki, III turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə üz-üzə gəlib.
Həmyerlimiz ABŞ təmsilçisinə qarşı qara fiqurlarla oynayıb. Məmmədyarov xal itirməyəcəyi təqdirdə, liderlər qrupunda mövqeyini möhkəmlədəcəkdi. Turun ən uzun sürən duelində həmyerlimiz rəqibi ilə “sülh” bağlayıb.
Bundan yararlanan Vladimir Kramnik Levon Aronyan üzərində qələbə qazanaraq, liderliyi ələ keçirib.
Bu gün qrossmeysterlər istirahət edəcək. IV turun görüşləri martın 14-də baş tutacaq. “Şah” ləqəbli Şəhriyar Məmmədyarov həmin gün çinli autsayder Uesli So ilə qarşılaşacaq.
İddiaçılar turniri
III tur
Uesli So (2799, ABŞ) – Liren Dinq (2769, Çin) 0,5:0,5
Levon Aronyan (2794, Ermənistan) – Vladimir Kramnik (2800, Rusiya) 0:1
Sergey Karyakin (2763, Rusiya) – Aleksandr Qrişuk (2767, Rusiya) 0,5:0,5
Fabiano Karuana (2784, ABŞ) – Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) 0,5:0,5
Turnir cədvəli: Kramnik - 2,5; Məmmədyarov, Karuana - 2; Dinq, Qrişuk - 1,5; Aronyan, Karyakin - 1; So – 0,5
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub