"Kəpəz" və AZAL komandaları arasında keçirilmiş futbol üzrə Azərbaycan Premyer Liqasının XXI tur matçında qalmaqal baş verib.
"Report"un məlumatına görə, qonaq komandanın futbolçusu Omeqa Roberts 63-cü dəqiqədə top uğrunda mübarizədən sonra yerə yıxılan meydan sahiblərinin yarımmüdafiəçisi Julyen Ebahı təpiklə vurub.
Lakin həmin epizod baş hakim Orxan Məmmədovun gözündən yayınıb. Hərçənd, Məmmədov olayın bir neçə metrliyində olub. Məsələyə AFFA İntizam Komitəsində baxılsa, Roberts ciddi cəzalana bilər.
Qeyd edək ki, oyun heç-heçə nəticələnib - 1:1.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub