Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış Vyana “Qarabağ”ında gözlənilməz istefa olub.
Mynews.az xəbər verir ki, Avstriyanın Şərq regional liqasında çıxış edən komandanın baş məşqçisi Volkan Kahraman vəzifəsindən getdiyini açıqlayıb.
Dünən klub rəhbərliyi ilə görüşən türk mütəxəssis qarşılıqlı razılıq əsasında ayrılıb. Klubun baş meneceri Ramin Şükürov ona uğurlar arzulayıb.
Qeyd edək ki, “Qarabağ”da azərbaycanlı futbolçular da oynayırlar. Dmitri Nağıyevlə Elvin Bədəlov ötən ilin yayından, Emil Fərzəliyev yanvardan komandaya keçib. Vyana təmsilçisi hazırda turnir cədvəlində 27 xalla VII pillədədir və liderdən 10 xal geri qalır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub