Bu gün Çempionlar Liqasında 1/8 finalın sonuncu cavab matçları oynanılıb. Apasport.az saytının məlumatına görə, günün görüşlərindən sonra 1/4 finala yüksəlmiş bütün komandaların adlarına aydınlıq gəlib.
İstanbulda baş tutan “Beşiktaş” – “Bavariya” qarşılaşması formal xarakter daşıyırdı. Almanlar evdə rəqib qapısından 5 cavabsız top keçirərək, türkiyəlilərə möcüzə üçün ümid yeri də qoymamışdılar. İstanbul klubu öz meydanında da rəqibi ilə bacarmayıb. İki oyunun nəticəsinə görə, 1:8 hesabı ilə uduzan "Beşiktaş" Çempionlar Liqası ilə vidalaşıb. "Bavariya" isə gözlənildiyi kimi, adını növbəti mərhələyə yazdırıb.
1/8 final mərhələsi “Barselona” – “Çelsi” matçı ilə başa çatıb. İngiltərədəki qollu bərabərlikdən sonra kataloniyalılar daha şanslı hesab olunurdular. Üstəlik, Cari mövsümdə La Liqa və Çempionlar Liqasında məğlubiyyətin nə olduğunu bilməyən “Barsa” ənənəsinə sadiq qalıb. Lionel Messinin dubl etdiyi görüşdə ev sahibləri rəqib qapısından 3 cavabsız top keçiriblər. Beləliklə, "Bavariya" ilə yanaşı, "Barselona" da adını növbəti mərhələyə yazdırıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub