Dünya çempionuna Cüdo Federasiyasında vəzifə verildi

768
Dünya çempionuna Cüdo Federasiyasında vəzifə verildi

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının (ACF) Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib. 

Mynews.az xəbər verir ki, konfransı federasiya prezidenti Rövnəq Abdullayev açdıqdan sonra söz Elmar Babanlıya verilib. 

Babanlı isə Azərbaycan cüdoçularının 2017-ci ildə əldə etdiyi nailiyyətlər barədə hesabat verib.

O bildirib ki, ötən il 191 medal qazanmışıq. Bunlardan 68-i qızıl, 57-si gümüş və 66-sı bürünc medal olub.

Məruzəçi Faiq Cəfərov isə sponsorlardan 72 faiz, Beynəlxalq Cüdo Federasiyasından (BCF) 23 faiz, beynəlxalq tədbirlərdən 5 faiz federasiyaya gəlir əldə edildiyini bildirib.

Gəlirlərdən 15 milyon manatın 11 milyon manatı sponsorlardan, 3 milyon manatın SOCAR-ın BCF ilə əməkdaşlığı nəticəsində pul və əmlak formasında daxil olub.

Xərclər isə beynəlxalq yarışlara, ölkədaxili yarışlara, əməkhaqqı və mükafatlara, müalicə və vitaminlərə, nəqliyyat, viza məsələlərinə və s. olub. Gəlirlərdən yığmanın toplanış və yarışlarına 5 milyon manatdan çox vəsait xərclənib.

Təqribən bu qədər vəsait ölkədaxili yarışlara, 911 min manatı vitaminləşməyə, 2 milyon 400 min manat əmək haqqı və mükafatlara, 911 min manatı yeni avadanlığın alınmasına, 230 min manatı xaricdə seminarlara sərf olunub.

Federasiyanın İcraiyyə Komitəsinə 2012-ci ildə yaradılmış “Cudo Klub”un təsisçisi, veteranlar arasında dünya və Avropa çempionu, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov seçilib.

Səkkiz klub isə federasiyanın üzvlüyünə rəsmi şəkildə qəbul edilib. Bunlar DİN İdman Cəmiyyəti, MOİK, “Sərhədçi”, FHN, “Cudo Klub”, “Qəbələ” İdman Klubu, “Turan” və 1 nömrəli RİOEUGİM-dir.

Xəbər lenti