Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.
Mynews.az xəbər verir ki, turun son oyununda "Neftçi" və "Zirə" komandaları üz-üzə gəlib.
"Bakcell Arena"da keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hərçənd, hesabı "Neftçi" açıb. 60-cı dəqiqədə Daniel Seqovia penaltini dəqiq yerinə yetirib. Lakin cəmi 2 dəqiqə sonra Georgi Navalovski "Zirə"nin futbolçusu Təmkin Xəlilzadənin uzun reydindən sonra ötürməsini öz qapısına göndərib. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə Milan Duriç qoyub.
Bu qələbədən sonra xallarını 29-a çatdıran "Zirə" 4-cü pillədə möhkəmlənib. "Neftçi" isə 20 xalla 6-cı pillədə qalıb.
Qeyd edək ki, turun digər görüşlərində "Qarabağ" səfərdə "Sumqayıt"a 4:0, "Qəbələ" "İnter"ə 2:0 hesabı ilə qalib gəlib. "Kəpəz" - AZAL matçı isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda turnir cədvəlinə 46 xala malik "Qəbələ" başçılıq edir. "Qarabağ" 45 xalla 2-ci, "İnter" 36 xalla 3-cü pillədə qərarlaşıb.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub