İDMAN "Qarabağ" yeni reytinq siyahısında neçəncidi?

797
İDMAN "Qarabağ" yeni reytinq siyahısında neçəncidi?

Avrokubokların 1/8 final mərhələsinin cavab oyunları başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.

Mynews.az apasport.az-a istinadən xəbər verir ki, bu raundda əsasən qitənin güclüləri meydana çıxdığından dəyişikliklər də daha çox üst pillələrdə baş verib.

Düzdü, Almaniya, İngiltərə, Çexiya, Fransanı təmsil edən, lakin liderlərdən çox uzaqda qərarlaşan komandaların da mövqeyində müəyyən dəyişikliklər olub. Lakin bunlar klubların öz əmsalı deyil, ölkə reytinqinə görə gerçəkləşib.

Siyahının ilk "onluğ"unda da yerdəyişməyə təsadüf olunub. "Sevilya" PSJ-ni arxada qoyubsa, "Arsenal" "Porto"nu "Top-10"dan sıxışdırıb.

Avropanın 442 komandasının yer aldığı cədvəlin ən yaxşı Azərbaycan klubu "Qarabağ"ın mövqeyi dəyişməz qalıb. Qurban Qurbanovun yetirmələri 5 mövsümün nəticəsində 20,500 xalla 73-cü sıraya şərikdi. ğdamlılar bu mövqeni BATE (Belarus) və "Yanq Boyz"la (İsveçrə) bölüşür. Digər komandalarımızdan "Qəbələ" aktivindəki 5,250 xalla "Voyvodina" ilə 191-ci pilləni bölüşürsə, "Neftçi, "Xəzər Lənkəran", "Keşlə", "Zirə" və "Kəpəz" 3,825 xalla 244-256-cı yerlərdədi.

Qeyd edək ki, siyahıya 153,000 xala malik "Real" başçılıq edir. 2-ci pillədə olan "Atletiko" liderdən 21 xal geridədi. "Bavariya" və "Barselona" 130,000 xala malikdi.

İlk "onluq"

1. "Real" (İspaniya) - 153,000
2. "Atletiko" (İspaniya) - 131,000
3-4. "Barselona" (İspaniya) - 130,000
"Bavariya" (Almaniya) - 130,000
5. "Yuventus" (İtaliya) - 124,000
6. "Sevilya" (İspaniya) - 112,000
7. PSJ (Fransa) - 109,000
8. "Mançester Siti" (İngiltərə) - 100,000
9. "Borussiya" (Dortmund, Almaniya) - 89,000
10. "Arsenal" (İngiltərə) - 88,000

"Qarabağ" və qonşuları

66. "Lester" (İngiltərə) - 22,000
67. "Astana" (Qazaxıstan) - 21,750
68-69. "Feyenoord" (Hollandiya) - 21,500
"Rapid" (Vyana, Avstriya) - 21,500
70-72. "Selta" (İspaniya) - 20,799
"Real Sosyedad" (İspaniya) - 20,799
"Betis" (İspaniya) - 20,799
73-75. "Qarabağ" (Azərbaycan) - 20,500
"Yanq Boyz" (İsveçrə) - 20,500
BATE (Belarus) - 20,500
76. "Trabzonspor" (Türkiyə)- 18,000
77. "Dinamo" (Xorvatiya) - 17,500
78-80. "Partizan" (Serbiya) - 17,000
"Everton" (İngiltərə) - 17,000
"Slovan" (Çexiya) - 17,000

Digər Azərbaycan klubları

191. "Qəbələ" - 5,250
244-256. "Neftçi" - 3,825
"Keşlə" - 3,825
"Zirə" - 3,825
"Kəpəz" - 3,825
"Xəzər Lənkəran" - 3,825

Xəbər lenti