Əlbəttə, bu ciddi məsələdir. Amma mənim vəzifəm öz işimə diqqət yetirmək və komandanı hazırlamaqdır.
Mynews.az xəbər verir ki, bu sözləri İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt yerli mətbuata açıqlamasında deyib.
Hökumətin yayda Rusiyada keçiriləcək dünya çempionatını boykot etmək qərarına münasibət bildirən mütəxəssis turnirdə iştirak edəcəklərini söyləyib:
“Biz dünya çempionatına getməyə hazırlaşırıq. Heç şübhəsiz, bu, bizim etməli olduğumuz işdir. Bununla yanaşı, futbolçularımız və azarkeşlərimizin təhlükəsizlik tədbirlərini də planlaşdırmalıyıq”.
Qeyd edək ki, İngiltərə hakimiyyəti milli komandanın dünya çempionatından imtina edə biləcəyini açıqlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub