Azərbaycan gimnastı Marina Nekrasova Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gümüş medal qazanıb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci, digər idmançımız Yuliya İnşina isə 4-cü (13.466) olub.
Özbəkistan gimnastı Oksana Çusovitina 14.300 balla birinci, slovakiyalı Tyasa Kisselef isə 3-cü (13.833) yeri tutub.
Qeyd edək ki, bu gün keçirilən final mərhələsində Azərbaycanı müxtəlif hündürlüklü qollarda Marina Nekrasova, Mariya Smirnova, dayaqlı tullanmada isə Yuliya İnşina və Marina Nekrasova təmsil edirlər.
Bakıda 3-cü ildir ki, təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.
Dünya Kuboku martın 18-dək davam edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub