Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında ənənəvi Novruz kubokuna start verilib.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, XXV dəfə keçiriləcək yarışda ölkəmiz 20 yaşadək yığma ilə iştirak edir.
Artıq turnirdə 2 tur arxada qalıb. İlk görüşdə Özbəkistan "Spartak"ına 82:70 hesabı ilə qalib gələn basketbolçularımız II turda da Daşkənd təmsilçisi ilə qarşılaşıb. SK MO RU klubu ilə üz-üzə gələn Tahir Baxşiyevin yetirmələri bu dəfə məğlubiyyətə üzülüblər - 70:79.
Qeyd edək ki, turnirdə ümumilikdə 6 komanda qüvvəsini sınayır. Millimiz bu gün "Politexnik"i (Qırğızıstan, Bişkek) sınağa çəkəcək. Martın 20-də Bişkekin "Gines 29" komandası ilə gücünü yoxlayacaq basketbolçularımız Novruz kubokuna qırğızların digər klubu "Tulpar Skif"lə yekun vuracaq. Bu oyun isə martın 21-nə təsadüf edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub