Taekvondo üzrə “Ukraine Open” beynəlxalq turnirinə yekun vurulub.
Mynews.az xəbər verir ki, böyüklərdən ibarət milli komandamız yarışın son günündə də uğura imza atıb.
Komandamızın yeddi üzvü fəxri kürsüyə qalxıb.
Belə ki, qadın taekvondoçularımızdan Fəridə Əzizova (-67 kq) və Patimat Abakarova (-53 kq) yarışı qızıl medalla başa vurub. Radik İsayev (+87 kq) isə həlledici döyüşdə məğlub olaraq gümüş medalla kifayətlənib. Millinin digər üzvlərindən Məhəmməd Məmmədov (-68 kq), Ramin Əzizov (-87 kq), Rufina Əlizadə (-53 kq) və Elvarə Cəlilova (+73 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Ukraynanın Xarkov şəhərinin “Lokomotiv” idman sarayında keçirilən “Ukraine Open” turnirinin ilk günü Həşim Məhəmmədov (-58 kq) yarışın qalibi, Məcid Sofiyev (-54 kq) və Şəms Həsənova (-62 kq) isə bürünc medala sahib olmuşdu.
23 idmançı ilə G1 kateqoriyalı yarışa qatılan böyüklərdən ibarət millimiz üç qızıl, bir gümüş və altı bürünc medalla vətənə dönür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub