Antalyada yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub.
Mynews.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, yarışın sonuncu günündə Azərbaycan milli komandası aktivinə daha beş medal yazdırıb. Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl , Adil Kərimli (90 kq), Məhəmməd Abdullayev (90 kq-dan yuxarı) gümüş, Günel Bəkirzadə (57 kq) və Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıblar.
Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında ikinci yeri tutub.
Xatırladaq ki, yarışın ilk günündə ölkəmizi təmsil edən Əli Əsgərli (50 kq), Əmrah Səlimli (55 kq) və Knyaz Mahmudlu (66 kq) qızıl medala, Rüfət Məmmədov (60 kq) isə bürünc medala sahib olub.
Qeyd edək ki, Avropa kuboku yarışlarında 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub