“Barselona”nın futbolçusu Lionel Messi maraqlı açıqlaması ilə diqqət çəkib. Mynews.az saytı xəbər verir ki, o, Argentina yığmasının DÇ-2018-dəki hədəfindən söz açıb.
Qarşılarına çempionluq məqsədi qoyduqlarını bildirən Messi bunu etməyə borclu olduqlarını deyib. O, DÇ-2018-in argentinalı futbolçuların hazırkı nəsli üçün sonuncu şans olduğunu vurğulayıb: “Hiss edirik ki, bu dəfə də dünya çempionu ola bilməsək, heç vaxt bu uğuru qazanmayacağıq. Bizim üçün son şansdı. Mundialda uduzduğumuz oyunlara görə çox ağlamışam. Çünki özümüzlə yanaşı, ölkəmizin də arzusunu həyata keçirə bilməmişik. Finalda məğlub olmaq daha acınacaqlıdı. İnanıram ki, bu dəfə kuboku qaldıra biləcəyik”.
Qeyd edək ki, Argentina mundialda Xorvatiya, İslandiya və Nigeriya ilə eyni qrupda yarışacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub