“Barselona”, “Milan” və Brazliya yığmasının əfsanəvi hücumçusu Ronaldinyo siyasi fəaliyyətlə məşğul olmaq qərarına gəlib.
Mynews.az xəbər verir ki, futbol ulduzu Brazliyanın Respublika Partiyasının üzvü seçilib və cari ildə ölkədə keçiriləcək seçkilərdə iştirak etməyə hazırlaşır.
Həmçinin Ronaldinyo Milli Konqressə də daxil olmaq istəyir. Onun Federal Senatda vəzifə verilməsi gözlənilir.
Qeyd edək ki, bu gün Ronaldinyonun 38 yaşı tamam olur. Karyerası ərzində o, Fransanın PSJ, İspaniyanın “Barselona” və İtaliyanın “Milan” kimi tanınmış klublarının formasını geyinib. “Qızıl top-2005” mükafatına, həmçinin FİFA-nın versiyasına görə, 2004-2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.
(Oxu.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub