Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirində X turun görüşləri keçiriləcək.
Mynews.az goal.az-a istinadən xəbər verir ki, Azərbaycanın yarışdakı yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə üz-üzə gələcək. Bu qrossmeysterlər arasında ilk dövrədəki oyunda qalib müəyyənləşməyib. Bütün görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
9 turdan sonra F.Karuana 6 xalla vahid liderdir. Ş.Məmmədyarov 5,5 xalla 2-ci, A.Qrişuk 5 xalla 3-cü pillədə qərarlaşıb. 4 və 5-ci sıralardakı D.Lijen və S.Karyakinin 4,5, 6 və 8-ci yerlərdəki V.Kramnik, L.Aronyan və U.Sonun isə hərəyə 3,5 xalı var.
X tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (ABŞ)
Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya)
Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan)
Din Lijen (Çin) - Uesli So (ABŞ)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub