Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində ikinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov azarkeşlərə təşəkkür edib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, 33 yaşlı qrossmeyster sosial media hesabında turnirin qalibi ola bilmədiyi üçün azarkeşlərdən üzr istəyib:
“Sizdən şikayətim yoxdur. Sadəcə, məni dinləyin, zamanım az olsa da, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italyana və erməniyə olan dəstəyinizi də gördüm. Demək istədiyim budur ki, yaxşı ki, varsınız.
Sizlərə birinciliyi yaşatmadığım üçün üzr istəyirəm, amma sonunculuq nədir, bu hissiyatı yaxın belə buraxmadım. Çox sağ olun ki, mənə sonadək inandınız. Bütün mesajlarınızı aldım, cavab almadınızsa, üzrlü sayın, sadəcə, inanın. Biz geri qayıdacağıq, uğurlar və yüz dəfə çox sağ olun”.
Qeyd edək ki, İddiaçılar Turnirinin qalibi 9 xalla ABŞ şahmatçısı Fabiano Karuana olub. Ş.Məmmədyarov isə 8 xal toplayıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub