"Qəbələ"nin 16 yaşadək futbolçulardan ibarət komandası iyunda beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, Praqada keçiriləcək "Ulduzlar Kuboku 2018"in 12 iştirakçısı artıq bəlli olub.
Belə ki, Azərbaycan təmsilçisi, "Barselona" (İspaniya), PSJ (Fransa), "Porto" (Portuqaliya), "Beşiktaş" (Türkiyə) və "Zenit"dən (Rusiya) sonra Çexiyanın 3 komandası - "Slovaçko", "Viktoriya", "Dukla", Almaniyadan "Herta", həmçinin Meksikadan "Çivas" və Yaponiyadan "Avispa"nın 2002-ci il təvəllüdlü futbolçuları yarışa qatılacaq.
Turnirdə mübarizə aparacaq digər 4 komandanın kimliyi hələ bilinmir. Bütün iştirakçılar müəyyənləşdikdən sonra püşkatma mərasimi keçiriləcək və qrupların tərkiblərinə aydınlıq gələcək.
Qeyd edək ki, "Ulduzlar Kuboku 2018" turniri iyunun 15-dən 17-dək baş tutacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub