Rusiyanın paytaxtı Moskvada sambo idman növünün yaradıcılarından biri olmuş Anatoli Xarlampiyevin şərəfinə Dünya Kuboku yarışı keçirilib.
Mynews.az xəbər verir ki, döyüş sambosu üzrə (samboçular burada dəbilqə ilə tatamiyə çıxırlar – S.T.) +100 kq çəki dərəcəsində maraqlı, həm də gülüş doğuracaq bir görüş baş tutub.
Finalda rusiyalı Paşa Xarxaçayevlə indoneziyalı Şexar Patole qarşılaşıb. Meydan sahibi samboçusunun anidən bir hərəkətindən sonra asiyalı idmançı rəqibinin zərbəsindən qorxaraq arxasını çevirib və bu zala toplaşmış tamaşaçıların gülüşünə səbəb olub.
Qeyd edək ki, 26 ölkədən 200-dən artıq samboçunun iştirak etdiyi bu mötəbər yarışda Azərbaycandan fəxri kürsünün ən yüksək pilləsinə Mehman Xəlilovla (57 kq) Emil Həsənov (68 kq) yüksəlib.
Ümumi komanda hesabında Azərbaycan yığması II yeri tutub. İlk yerə isə gözlənildiyi kimi, sambonun yaradıcısı olan ruslar yiyələnib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub