"Qəbələ"nin baş meneceri Zaur Əzizov Kipr mətbuatında "Anortosis"də icarə əsasında çıxış edən Araz Abdullayevlə bağlı yayılan xəbərə münasibət bildirib.
Mynews.az xəbər verir ki, klub rəsmisi qol.az-a açıqlamasında müqavilə ilə "qırmızı -qaralar"a məxsus olan 25 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfdən onlara hər hansı rəsmi təklif gəlmədiyini söyləyib: "Anortosis"lə bağlanmış icarə müqaviləsində belə bir bənd var ki, Kipr klubu mövsümün sonunda 150 min avro təzminat ödəyərək, Arazı birdəfəlik transfer edə bilər. Ancaq onlar hələlik belə təkliflə bizə müraciət etməyiblər".
Qeyd edək ki, Kiprin "Kerkida" nəşri "Anortosis" klubunun tələb olunan təzminat məbləğini yüksək hesab etdiyi üçün Araz Abdullayevi mövsümün sonunda "Qəbələ"yə qaytara biləcəyini yazıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub