Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Qran-prinin növbəti görüşləri keçiriləcək.
Mynews.az report-a istinadən xəbər verir ki, turnirin ikinci günündə 3 Azərbaycan idmançısı tatamiyə çıxacaq.
73 kq çəki dərəsində Paşa Əliyev 1/16 final mərləsəində hollandiyalı Sam Van Vestende ilə görüşəcək. Eyni çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev isə 1/8-də italiyalı Meloni Aqusto və Rudolf Kourtides cütünün qalibi ilə üz-üzə gələcək. 81 kq çəkidəki Coşqun Abdullayev isə 1/8 finalda gürcüstanlı Tamazi Kirakozaşvili ilə qarşılaşacaq.
Qeyd edək ki, martın 31-də üç idmançımız mübarizəyə qoşulub. 60 kq çəki dərəcəsində Sadiq Məhərrəmov ilk mərhələdə rusiyalı Albert Monquşa uduzaraq mübarizəni dayandırıb. Bu çəkidəki digər cüdoçu - Oruc Vəlizadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Laşa Çaduneliyə məğlub olub. 66 kq çəki dərəcəsində Elçin Hüseynov ilk mərhələdən qalib ayrılsa da, növbəti mərhələdə özbəkistanlı Şaxram Əhmədovla dueldən məğlub ayrılıb.
Xatırladaq ki, aprelin 1-də Sənan Əhmədov (100 kq) və Cəlil Şükürov (+100 kq) mübarizə aparacaq. Qran-pridə 38 ölkədən 183-ü kişi, 119-u qadın olmaqla, cəmi 302 cüdoçu mübarizə aparır.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub