Aprelin 6-dan etibarən Azərbaycanda I Türk Şurası Universitet İdman Oyunları (Türk Universiadası) keçiriləcək.
Mynews.az xəbər verir ki, Türk Universiadasının proqramına daxil edilən idman oyunları arasında futzal da var.
İlkin olaraq bu turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan yığmalarının mübarizə aparacağı deyilirdi. Lakin məlum olub ki, bu komandalardan ikisi turnirdən imtina edib. Bunlar Qazaxıstan və Qırğızıstan milliləridir.
Bunu saytımıza açıqlamasında Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov da təsdiqləyib:
“Bəli, Qazaxıstan və Qırğızıstan milliləri maliyyə səbəbindən futzal turnirinə qatılmayacaqlarını bildirib. Bu turnirdə yalnız Azərbaycanla Türkiyə iştirak edəcək. Aprelin 7-də bu iki komanda bir görüş keçirib qalibi müəyyən edəcək.
Ancaq Qazaxıstanla Qırğızıstan Universiadanın başqa növlərində təmsil olunacaqlar. Özbəkistanla Türkmənistan isə, ümumiyyətlə, futzalda iştirak edəcəklərinə dair məktub göndərməmişdilər”.
Qeyd edək ki, Türk Universiadası aprelin 10-da başa çatacaq. Universiada altı idman növü ilə təmsil olunur. Bunlar futzal, voleybol, şahmat, stolüstü tennis, cüdo və güləşdir. Açılış mərasimi aprelin 6-da, saat 17:00-da Bakı İdman Sarayında keçiriləcək. Oyunlar saat 10:00 – 18:00 aralığında baş tutacaq. Bağlanış mərasimi aprelin 9-da gerçəkləşəcək.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub