ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışında millimiz II yeri tutub.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, B qrupunda Kuba, Qazaxıstan və Monqolustan millilərindən üstün olmuş millimiz finalda ev sahibi ABŞ-la üz-üzə gəlib.
Lakin daha hazırlıqlı olan ABŞ millimizə 6:4 hesabı ilə qalib gəlib. Bununla da amerikanlar son altı Dünya Kubokunun qalibi İranın bu turnirə qatılmamasından yararlanaraq 15 il sonra qalib olublar. Bu, onların qazandığı 14-cü Dünya Kuboku olub.
Qeyd edək ki, III yeri Yaponiya millisi tutub. Sonrakı sıralama bu qayda ilə gedib: Kuba, Gürcüstan, Monqolustan, Qazaxıstan, Hindistan.
Xatırladaq ki, sərbəst güləş yığmamız əvvəllər iki dəfə (2004-cü ildə Bakıda və 2009-cu ildə Tehranda keçirilmiş analoji turnirdə) Dünya Kubokunun qalibi olub. Yığmamız bununla da Dünya Kubokunda ikinci gümüş medalını qazanıb. Komandamız 2012-ci ildə ikinci dəfə Bakıda keçirilmiş Dünya Kubokunda da gümüş medallara sahib olmuşdu. Millimizin bundan başqa, daha 4 bürünc medalı var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub